Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı 27 yaşlı Paşa Bayramov və onunla əlbir olan 46 yaşlı qadın saxlanılıb.
İlkinxeber.az xəbər verir ki, onların üzərindən və yaşadıqları ünvandan ümumilikdə 6 kiloqramdan artıq marixuana və tiryək aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
