Balakən Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən gömrük nəzarəti tədbirləri zamanı bəyan edilməyən və düzgün rəsmiləşdirilməyən külli miqdarda mal müəyyənləşdirilib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, hadisə idarənin “Mazımqara” gömrük postunda qeydə alınıb.
Belə ki, Gürcüstandan Azərbaycana daxil olan və qarışıq yük daşıyan iki yük avtomobili yoxlanılıb. Nəqliyyat vasitələrinə baxış zamanı ümumi gömrük dəyəri 232 min 185 manat olan linzalar, məişət avadanlıqları, tibbi və kosmetik vasitələr aşkar edilib.
Müəyyən edilən malların gömrük nəzarətinə bəyan edilmədiyi və bir qisminin düzgün bəyan olunmadığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
