İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə Azərbaycanda 25 iyun tarixində qısaldılmış iş günü olacaq.
Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bayram günündən əvvəlki iş günü bir saat qısaldılır.
Bu səbəbdən 26 İyun Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq 25 iyun tarixində ölkə üzrə iş vaxtı bir saat azaldılacaq.
Qeyd edək ki, 26 iyun cümə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində çalışanlar üçün ardıcıl üç gün istirahət imkanı yaranacaq.
