İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan müdafiə sənayesi sahəsində daha bir yeni məhsul təqdim edib. Ölkədə insansız özüyeriyən silahlı platforma istehsal olunub.
Yeni platformanın müasir texnologiyalar əsasında hazırlandığı və müxtəlif hərbi tapşırıqların yerinə yetirilməsində istifadə imkanlarına malik olduğu bildirilir.
