Şirvan şəhərində bədbəxt hadisə baş verib.
ilkinxeber.az xəbər verir ki, hadisə fərdi yaşayış evlərindən birində dam örtüyünün təmiri zamanı qeydə alınıb.
Belə ki, həmin ünvanda usta kimi çalışan, 1998-ci il təvəllüdlü Şirvan sakini Rəvan Rəsulov hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb.
Yaralı dərhal xəstəxanaya aparılsa da, o, yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
