Saatlı rayonunda toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
İLKİNxeber.az xəbər verir ki, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı “Tofas” və “Mercedes” markalı avtomobillərin sürücüləri Hüseyn Tağızadə və Zamin Mehdiyevin avtoxuliqanlıq hərəkətləri etdiyi müəyyən olunub.
Araşdırma zamanı məlum olub ki, Hüseyn Tağızadə avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edib.
Faktlarla bağlı hər iki sürücü barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, Hüseyn Tağızadə inzibati qaydada həbs olunub, Zamin Mehdiyevin isə nəqliyyat vasitələrini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılıb.
Hüquq mühafizə orqanları sürücülərə yol hərəkəti qaydalarına ciddi əməl etməyin vacibliyini bir daha xatırladıb.
Toy karvanında təhlükəli hərəkətlər edən sürücülər cəzalandırılıb
Şərh edilməmiş
