Yevlax rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
İLKİNxeber.az xəbər verir ki, hadisə iyunun 8-də axşam saatlarında rayonun Xaldan kəndində qeydə alınıb. Kənd sakini, 1935-ci il təvəllüdlü Zümrüd Əhmədova yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq məqsədilə ocaq yandırarkən ehtiyatsızlıq nəticəsində üzərindəki geyimlər alışıb.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaşlı qadın dərhal Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, 91 yaşlı Zümrüd Əhmədova tənha yaşayırmış.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
