İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, 10-dan çox şəxs qidadan zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara əsasən, kənd sakinlərindən biri tərəfindən hazırlanan halva qonşulara paylanılıb. Sözügedən halvanı qəbul edən şəxslər bir müddət sonra özlərini pis hiss etdiklərindən tibbi yardıma müraciət ediblər.
Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
