İLKİNxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, vətəndaşlarımızın iyunun 9-da günorta saatlarında Azərbaycana çatması gözlənilir.
Bununla yanaşı, aparılan axtarış və xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyevin və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri aşkarlanıb.
XİN-dən bildirilib ki, müvafiq prosedurlar başa çatdıqdan sonra nəşi tapılan 4 Azərbaycan vətəndaşının cənazələrinin, eləcə də onları müşayiət etmək üçün Rusiyanın Yeysk şəhərində qalan 2 vətəndaşımızın yaxın günlərdə ölkəyə gətirilməsi nəzərdə tutulur.
