İLKİNxeber.azın məlumatına görə, paytaxtın Binəqədi rayonunda yerləşən hotellərdən birində ölüm faktı qeydə alınıb.
İyunun 8 i saat 19 radələrində Şəmkir rayonunun sakini, 1969 cu il təvəllüdlü Y Bayramovun meyiti Biləcəri qəsəbəsi ərazisindəki hotel otaqlarından birində aşkar edilib. Meyit üzərində zorakılıq əlamətləri müşahidə olunmayıb.
Hazırda onun ölüm səbəbi dəqiq məlum deyil.
Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Binəqədi rayonunda hotellərdən birində ölüm hadisəsi qeydə alınıb
Şərh edilməmiş
