Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü iddia edilən Azərbaycan vətəndaşı saxlanılıb.
İLKİNxeber.az informasiya agentliyi Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.
Belə ki, Artovanın Ağmusa kəndində yaşayan 52 yaşlı Azərbaycan vətəndaşı K.V. ilə onun 88 yaşlı qayınatası Mustafa Cici arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə qısa zamanda davaya çevrilib və qadının qayınatasını döyərək yerə yıxdığı bildirilir.
Zərbələr nəticəsində ağır xəsarət alan yaşlı kişi təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
