By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Elnur Nəhmət: “LEYLA”
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Marağlı > Elnur Nəhmət: “LEYLA”
Marağlı

Elnur Nəhmət: “LEYLA”

Lamiyə Turqay
Last updated: İyun 16, 2026 2:35 axşam
By Lamiyə Turqay
3 Min Read
Share
SHARE

İlk görüş

Lap yaxında görünən dağlar, upuzun çinarlar, küçənin ortasıyla axan dumduru su, göy üzündə o yan-bu yana uçuşan təyyarələr, top səslərilə açdığımız o səhərlər və Leyla.

Leyla Qarabağa qonaq getdiyimiz evin qızı idi. Ağappaq üzü, sarı saçları, siçan gözlərinə bənzəyən mavi gözləri, xırdaca burnuyla ilk tanışlığım da həmin gün oldu. O, maşından düşən kimi əllərimdən tutdu. Özünə sarı çəkib siçanabənzər dodaqlarıyla məni öpdü. Leylanın üzünü ağappaq siçanın üzünə bənzədin, həm də ora sarı çillər qatın. Leylanın saçlarına sarı deyirəm, əslində qırmızıya çalan sarı rəngdəydi.

Rəngimin qaralığından həmişə utanmışdım, Leylanın məni öpdüyü an lap çox utandım. Bu gözəllikdə qız mənim kimi eybəcəri, qarabalanı niyə öpsün axı?!

Axşam yeməyində bir tərəfdə onların ailəsi, bir tərəfdə də biz bardaş qurduq. O, qaşığı ağzına aparanda belə gözlərini məndən ayırmırdı. Yazıq-yazıq ona baxıb məndən kənar dur demək istəyirdim. Mənə elə gəlirdi ki, hamı bizə baxır. Ondan xoşlandığım üçün utanırdım, yoxsa rəngimin qara olduğu üçünmü, bilmirəm…

Bir tərəfdən də atası Leylasını əzizləyirdi: şirin qızım, birdənəm, şahzadəm…

Qəfildən ağlamağa başladım

Səbəbini dedim, özü də içimi çəkə-çəkə. Leylanın mənə baxmağından hamıya şikayət etdim. İçdən ağlayırdım, lap içdən.

 

2-ci görüş

Leylagil 1993-cü ildə qaçqın kimi bizim evdə məskunlaşdılar. Hər şey yuxu kimi gəlirdi mənə. O mavi gözlər indi ağlamaqdan qıpqırmızı olmuşdu.

Atam həyətimizdəki damı təmir etdirib onlara verdi. Leylanın atası da ,anası da gecə-gündüz çalışırdı. Övladlarını korluq çəkməyə qoymurdular. Onlarda bişən yeməklərdən biz, bizdə bişən yeməklərdən isə onlar yeyərdi. Bir ailə kimi olmuşduq.

Hardasa , üç ay ərzində həm Leyla, həm də qardaşları ilə əyləncəli günlər keçirdik, Leylanı daha çox sevdim. O yenə də dəcəl gözlərilə məni gözdən qoymurdu, amma öyrəşmişdim.

Leylanın atası imkanlı olduğu üçün bizlərə yük olmaq istəmədi. Onlar şəhərə köçdülər.

 

3-cü görüş

2000-ci illərin əvvələrində Leylagil bizə qonaq gəldi.

Leyla artıq böyük qız olmuşdu. Daha da gözəlləşmişdi. Yanaqlarındakı çillər həmişəki kimi deyildi, çoxu çəkilmişdi.

Qardaşları onu qısqanırdı. Bizi söhbət etməyə qoymurdular.Əslində, həmin vaxtlar başqa qızları sevirdim, sayı-hesabı olmayan onlarla qızı. Kədərli səhnə idi.

Həmin gün xeyli zarafat etdik. Uşaqlıq xatirələrimdən boylanan o hislərimi boğdum. Onu sevdiyimi deməyə cəsarətim çatmadı.

 

Son görüş

Ali məktəbi bitirib kəndə qayıtmışdım. İşləmək, evlənmək haqqında düşünürdüm.

Leylagil yenə də qonaq gəlmişdi.

Gözlənilməz görüş, heç bir filmdə , əsərdə oxumadığım bir görüş.

Artıq Leyla aramızda olan platonik sevgidən elə ürəklə danışırdı ki, evdə olan hər kəs uğunurdu. Mən isə yenə də ilk görüşdəki kimi doluxsunmuşdum.

Bu dəfəki gəlişdə Leylanın yanında həyat yoldaşı və özünə bənzəyən körpəsi var idi.

İlkin Şakiroğlu yazır : Uşaqlar gələcəyin deyil, bu günün əmanətidir
İlkin Şakiroğlu yazır-Kitab oxumayan cəmiyyət
İlkin Şakiroğlu yazır: Qazanc və xərclər arasında itən həyat
Fəxrəddin Salimin Divan’ı haqqında
Tacir Şahmalıoğlunun ölüm xəbəri yayıldı
Share This Article
Facebook Email Print
Previous Article Yağış, dolu və güclü külək gözlənilir: bəzi bölgələrə sarı xəbərdarlıq verildi
Next Article Xocəsən gölü daşdı: evlər su altında qaldı, sakinlər kömək gözləyir
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?