İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, Xəzər dənizində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, yeraltı təkan yerli vaxtla saat 11:53-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5 olub.
Bildirilib ki, yeraltı təkanlar 18 kilometr dərinlikdə baş verib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.
