Tanınmış vəkil, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin ailəsində ağır itki baş verib.
İLKİNxeber.az-ın əldə etdiyi məlumata görə, hüquqşünasın qızı Zəhra Mehdizadə yol nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Bildirilib ki, hadisə Bakı Sumqayıt yolunda qeydə alınıb. Zəhra Mehdizadənin idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobillə toqquşub. Qəza zamanı 2008-ci il təvəllüdlü Zəhra Mehdizadə aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
İLKİNxeber.az kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
