“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın yol nəqliyyat hadisəsi nəticəsində həyatını itirən bacısı Məryəm Əliyeva dəfn olunub.
İLKİNxeber.az xəbər verir ki, bu barədə Nərmin Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.
Bloqer bacısının son mənzilə yola salındığını bildirərək onun ölümündən sonra da insanlara ümid və həyat bəxş etdiyini qeyd edib.
“Bu gün balaca balamızı son mənzilə yola saldıq. Sağlığında hər kəsin köməyinə çatan bacım, dünyadan köçərkən də öz xeyirxahlığını göstərdi. Onun ürəyi və bir neçə orqanı bağışlanaraq 6 nəfərə yeni həyat verdi”, deyə paylaşımda vurğulanıb.
Nərmin Əliyevanın sözlərinə görə, həyata keçirilən orqan donorluğu sayəsində bir neçə insan yenidən yaşamaq imkanı qazanıb:
“Bu bağışlanma sayəsində hansısa ana övladına qovuşacaq, hansısa ata ailəsinə sarılacaq, hansısa gənc həyata tutunacaq. Səninlə fəxr edirik, mənim mələyim”.
Qeyd edək ki, Məryəm Əliyeva yol nəqliyyat hadisəsi nəticəsində aldığı ağır xəsarətlərdən vəfat edib.
Qəza qurbanı olan gənc qızın orqanları 6 insanı yaşatdı
Şərh edilməmiş
