İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata əsasən, iyunun 19-da ölkə ərazisində hava şəraitinin əsasən sabit keçəcəyi gözlənilir.
Paytaxt Bakı və Abşeron yarımadasında yağış ehtimalı azdır. Gün ərzində cənub şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturunun gecə saatlarında 20 ilə 23 dərəcə isti, gündüz isə 31 ilə 36 dərəcə isti arasında dəyişəcəyi proqnozlaşdırılır.
Bölgələrdə də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Bununla yanaşı, günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı ayrı yerlərdə şimşək çaxması, leysan xarakterli yağıntı və dolu ehtimalı da istisna edilmir. Gecə və səhər saatlarında yüksək dağlıq ərazilərdə duman müşahidə oluna bilər.
Rayonlarda havanın temperaturu gecə 20 ilə 24 dərəcə isti, gündüz 33 ilə 38 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 10 ilə 15 dərəcə isti, gündüz 20 ilə 25 dərəcə isti, bəzi yerlərdə isə 27 ilə 30 dərəcəyədək yüksələcək.
