İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, 31 yaşlı Şen Faida Zülfüqar qızı barəsində dələduzluq faktı ilə bağlı cinayət işi başlanılıb.
Məlumata görə, Xətai Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı onun müxtəlif şəxslərə qarşı dələduzluq əməlləri törətdiyi müəyyən edilib. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadının ölkə hüdudlarını tərk etdiyi aşkarlanıb.
Hazırda Şen Faida Zülfüqar qızı barəsində beynəlxalq axtarış elan olunub və onun saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
