İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, Braziliyada baş verən bu hadisə cəmiyyətdə böyük rezonans doğurub.
Belə ki, bir cütlük kilsədə tanış olduqları və kimsəsiz olduğunu düşündükləri qıza yardım etmək qərarına gəlib. Özünü 11 yaşlı, müdafiəsiz uşaq kimi təqdim edən şəxs ailənin etimadını qazanaraq onların himayəsinə daxil olub.
Ailə ona xüsusi qayğı göstərib, doğum günü təşkil edib, ehtiyaclarını qarşılayıb. Lakin bir müddət sonra qohumlardan biri qızın davranışlarında uyğunsuzluq hiss edərək şübhələnib.
Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs əslində 38 yaşlı Amanda Maria Souza de Oliveira adlı qadındır və o, uzun müddətdir oxşar üsullarla insanları aldadıb.
Faktla bağlı qadın saxlanılıb, araşdırmalar davam etdirilir.
