By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Almaniyada pensiya yaşı artırılır: Yeni islahat paketi hazırlanır
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > Almaniyada pensiya yaşı artırılır: Yeni islahat paketi hazırlanır
Dünya

Almaniyada pensiya yaşı artırılır: Yeni islahat paketi hazırlanır

Lamiyə Turqay
Last updated: İyun 25, 2026 7:27 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Almaniyada pensiya yaşı yenidən gündəmə gəldi

 

Almaniya hökuməti pensiya sisteminin gələcəyini təmin etmək məqsədilə yeni islahat paketi üzərində işləyir. İLKİNxeber.az informasiya agentliyi xarici mediaya istinadən xəbər verir ki, kansler Fridrix Merts Bundestaqda çıxışı zamanı pensiya sistemində dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin bu ilin sonunadək parlamentdə qəbul edilməsinin planlaşdırıldığını bildirib.

 

Onun sözlərinə görə, hazırlanan islahat paketi payız sessiyasında müzakirəyə çıxarıla və ilin sonuna qədər təsdiqlənə bilər.

 

Hökumət tərəfindən yaradılan ekspert komissiyası pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlığını qorumaq üçün bir sıra təkliflər hazırlayıb. Təkliflər sırasında İsveç modelinə uyğun dövlət dəstəkli pensiya fondunun yaradılması, eləcə də pensiya yaşının orta ömür uzunluğuna uyğun mərhələli şəkildə artırılması yer alır.

 

Komissiyanın hesabatında qeyd olunur ki, 2032-ci ildən başlayaraq pensiya yaşı hər on ildən bir təxminən altı ay artırılacaq. Mövcud hesablamalara görə, bu proses nəticəsində pensiya yaşının 70 həddinə çatması yalnız 2092-ci ildən sonra mümkün olacaq.

 

Fridrix Merts bildirib ki, İkinci Dünya müharibəsindən sonra doğulan və “baby boomer” adlandırılan nəslin kütləvi şəkildə əmək bazarını tərk etməsi pensiya fondları üzərində ciddi maliyyə yükü yaradır. O vurğulayıb ki, bu istiqamətdə addımların daha əvvəl atılması vacib idi.

 

Hazırlanan paketdə məcburi pensiya yığım sisteminin gücləndirilməsi və kapital bazarına əsaslanan yeni investisiya mexanizmlərinin tətbiqi də nəzərdə tutulur.

 

Qeyd edək ki, Almaniya dövlət dəstəkli pensiya sistemini ilk dəfə 1889-cu ildə kansler Otto fon Bismarkın dövründə tətbiq edib. Həmin vaxt pensiya yaşı 70 olaraq müəyyənləşdirilmişdi.

 

Rəsmi məlumatlara əsasən, hazırda Almaniyada 65 yaşdan yuxarı insanların sayı 19 milyona yaxındır ki, bu da ölkə əhalisinin təxminən 23 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, 1991-ci ildə bu göstərici 15 faiz səviyyəsində olub.

Putindən miqrantlarla bağlı açıqlama
İnterpolun axtardığı azərbaycanlı Qazaxıstanda tutuldu
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ABŞ–İran razılaşmasını müzakirə edib
İsrail Baş naziri Netanyahu: “İranın nüvə silahına sahib olmasına heç bir halda icazə verilməyəcək”
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verdi
Share This Article
Facebook Email Print
Previous Article Venesuelada güclü zəlzələlər: Ölənlərin sayı 32-yə çatdı
Next Article Koronavirus təhlükəsi bitibmi?
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?