Aşura günü münasibətilə Azərbaycanın müxtəlif bölgələrində qanvermə aksiyaları təşkil olunub. ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu təşəbbüs həm dini dəyərlərin düzgün təbliği, həm də cəmiyyətə faydalı fəaliyyətlərin təşviqi məqsədi daşıyır.
Qeyd edək ki, Aşura günü hicri təqviminin ilk ayı olan məhərrəm ayının 10-cu gününə təsadüf edir.
Qanvermə aksiyasının əsas məqsədi Aşura ilə bağlı mövcud olan bəzi yanlış təsəvvürləri aradan qaldırmaq, bu günün mahiyyətini düzgün şəkildə izah etmək və dini mərasimləri xeyirxahlıq, yardımlaşma və insanpərvərlik prinsipləri əsasında təşviq etməkdir. Bununla yanaşı, cəmiyyətdə sosial məsuliyyət hissinin artırılması da prioritetlər sırasındadır.
Aksiya çərçivəsində toplanan qan ehtiyatları hemofiliya və talassemiya xəstələri, eləcə də digər ciddi xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Qanvermə aksiyasının keçiriləcəyi ünvanlar:
1. Xəzər – Mirmövsüm Ağa Ziyarətgahı
2. Nəsimi – Əjdərbəy məscidi (Göy məscid)
3. Nizami – Sahib-əz-Zaman məscidi, Şah Abbas məscidi
4. Səbail – Bibiheybət məscid ziyarətgahı
5. Sabunçu – İmam-Rza məscidi
6. Suraxanı – Qaraçuxur məscidi
7. Yasamal – Təzə Pir məscidi, İlahiyyat İnstitutu
8. Binəqədi – Came məscidi, İmam Əli məscidi
9. Gəncə – İmamzadə məscid ziyarətgah kompleksi
10. Lənkəran – Mərkəzi Qan Bankının Lənkəran bölməsi
11. Mingəçevir – Heydər məscidi
12. Sumqayıt – Cümə məscidi
13. Şəki – İmam Əli məscidi
14. Şirvan – Şirvan şəhər məscidi
15. Bərdə – İmamzadə ziyarətgah məscidi
16. Quba – Mərkəzi Qan Bankının Quba bölməsi
17. Masallı – Cümə məscidi, Boradigah qəsəbə xəstəxanası
18. Göyçay – Əbülfəzlil Abbas məscidi
19. Xaçmaz – Rayon Mərkəzi Xəstəxanası
20. Salyan – Hacı Tağı məscidi
21. Şuşa – Yuxarı Gövhər ağa məscidi
22. Ağdam – Ağdam şəhər Cümə məscidi
23. Naxçıvan şəhəri – Heydər məscidi, Sarvanlar məscidi, Pirqəmiş məscidi
24. Babək – Rayon Mərkəzi Xəstəxanası, Qahab, Cəhri və Nehrəm kənd həkim məntəqələri
25. Ordubad – Rayon Mərkəzi Xəstəxanası
26. Culfa – Rayon Mərkəzi Xəstəxanası, Bənəniyar kənd həkim məntəqəsi
27. Şahbuz – Rayon Mərkəzi Xəstəxanası
28. Kəngərli – Rayon Mərkəzi Xəstəxanası
29. Sədərək – Rayon Mərkəzi Xəstəxanası
30. Şərur – Rayon Mərkəzi Xəstəxanası
