Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib.
İLKİNxeber.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Bildirilib ki, Azad Rüstəmzadə 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, Xalq şairi Süleyman Rüstəmin yeganə övladı idi. Ailəsində bir oğlu və bir qızı qalıb.
Azad Rüstəmzadə ərəb ədəbiyyatı üzrə filologiya elmləri namizədi olub. O, 1989 cu ildən 2009 cu ilədək Milli Məclisin beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
