Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması nəticəsində ölənlərin sayı artmaqda davam edir.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, rəsmi məlumatlara əsasən, ölkədə indiyədək bu təhlükəli virus səbəbindən azı 360 nəfər həyatını itirib.
Konqo Demokratik Respublikası hökumətinin açıqlamasına görə, hazırkı vaxta qədər 1 274 nəfərdə Ebola virusuna yoluxma təsdiqlənib.
Xatırladaq ki, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı ölkədə Ebola epidemiyası ilə əlaqədar 321 ölüm faktının qeydə alındığını açıqlamışdı. Son rəqəmlər isə virusun yayılmasının davam etdiyini göstərir.
