Venesuelada dağıdıcı zəlzələdən beş gün sonra sevindirici xilasetmə əməliyyatı həyata keçirilib.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, dağıntılar altında qalan ana və onun 9 aylıq körpəsi sağ şəkildə xilas olunublar. Xilasetmə anını əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Məlumata əsasən, hər iki şəxs yalnız yüngül xəsarətlər alıb və onların həyatı üçün təhlükə olmadığı bildirilir.
Xatırladaq ki, Venesuelada ardıcıl baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ ölkədə ciddi dağıntılara səbəb olub. Son rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində 1430 nəfər həlak olub, 3238 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges bildirib ki, axtarış xilasetmə əməliyyatları zamanı indiyədək 33 nəfər dağıntılar altından sağ çıxarılıb.
