İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, mərhələli şəkildə ölkə üzrə 20 min tamştatlı müəllim vəzifəsinin yaradılması nəzərdə tutulur. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim, keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
Nazir bildirib ki, tamştatlı müəllimlər gələcəkdə yenidən sertifikatlaşdırma prosesinə cəlb edilməyəcəklər.
Onun sözlərinə görə, növbəti mərhələdə sertifikatlaşdırmadan uğurla keçən müəllimlər tamştatlı və ya əməkhaqqına əlavə alan saathesabı müəllim kimi fəaliyyət göstərəcəklər.
Eyni zamanda, sertifikatlaşdırmada uğursuz nəticə göstərən müəllimlərin köməkçi müəllim kimi işləməsi və ya onlarla bağlanmış əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilməsi nəzərdə tutulur.
