İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə ali hərbi rütbə verilən hərbi qulluqçularla görüş keçirib.
Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, tədbirdə Prezidentin 25 iyun 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub, bundan sonra hərbi qulluqçulara “general-mayor” ali hərbi rütbələri təqdim edilib.
General-polkovnik Zakir Həsənov Ali Baş Komandanın təbriklərini zabitlərə çatdıraraq onları təltif olunmaları münasibətilə təbrik edib, gələcək xidmətlərində uğurlar arzulayıb və qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verib.
Ali hərbi rütbə alan zabitlər isə göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür edərək, bu etimadı layiqincə doğrultmaq üçün səylə xidmət edəcəklərini bildiriblər.
