Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus ilə görüş keçirib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun genişləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.
