By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: TDT ölkələrinin dini qurum rəhbərləri Şuşada bir araya gəldi
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > TDT ölkələrinin dini qurum rəhbərləri Şuşada bir araya gəldi
Ölkə

TDT ölkələrinin dini qurum rəhbərləri Şuşada bir araya gəldi

Lamiyə Turqay
Last updated: İyun 30, 2026 8:08 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçirilir.

İLKİNxeber.az xəbər verir ki, tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dini sahəyə məsul dövlət qurumlarının rəhbərləri iştirak edirlər.

Görüşün əsas məqsədi türk xalqlarının ortaq milli mənəvi və mədəni dəyərlərinin qorunması, həmçinin üzv ölkələrin aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsidir.

Toplantıda dövlət və din münasibətlərinin tənzimlənməsi, dini maarifləndirmə, qanunvericilik, idarəetmə sahəsində kadr hazırlığı, eləcə də qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunur.

Bununla yanaşı, türk xalqlarının ortaq dini və mədəni irsini əks etdirən tarixi abidələrin qorunması, bərpası və beynəlxalq səviyyədə tanıdılması, məzhəblərarası anlaşmanın, konfessiyalararası dialoqun və İslam həmrəyliyinin təşviqi, dini radikalizm və ekstremizmə qarşı birgə mübarizə istiqamətləri də gündəmdə yer alıb.

Toplantının əsas mövzularından biri Türk Dövlətləri Təşkilatı çərçivəsində dini məsələlər üzrə dövlət qurumları arasında daimi əməkdaşlıq mexanizminin yaradılmasıdır. Bu təşəbbüsün üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsinə və əməkdaşlığın institusional əsasda inkişafına töhfə verəcəyi bildirilir.

Tədbirdə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuralıyev, Qazaxıstanın Mədəniyyət və İnformasiya nazirinin müavini Rüstəm Əli, Qırğız Respublikasının Prezidenti yanında Dini Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşibekov, Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş və Özbəkistanın Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyev çıxış edəcəklər.

Görüşün yekununda tərəflərin razılaşdırılmış mövqeyini və gələcək əməkdaşlıq istiqamətlərini əks etdirən birgə bəyanatın imzalanması planlaşdırılır.

Rezidenturaya qəbulun nəticələri açıqlandı
İlham Əliyev Avstriyanın yeni səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binasının rəsmi açılış mərasimində iştirak edib.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub
Prezident İlham Əliyev Məhəmməd Əbdülsalamla görüşdü
Share This Article
Facebook Email Print
Previous Article Yasamal rayonunda mobil telefon oğurlayan şəxs saxlanılıb
Next Article Nazir: repetitorların gəliri orta əməkhaqqını xeyli üstələyir
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?