İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyinatı həyata keçirilib.
İmzalanmış müvafiq əmrə əsasən, Teymur Adışirin oğlu Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.
Ümid edirik ki, yeni direktor xəstəxanada mövcud olan problemlərin aradan qaldırılması istiqamətində ciddi addımlar atacaq, vətəndaşların rahatlığını və keyfiyyətli tibbi xidmətə çıxışını təmin edəcək. Həmçinin vətəndaş müraciətlərinə həssas yanaşılacağına və mövcud çatışmazlıqların aradan qaldırılacağına ümid edirik.
Xatırladaq ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının bundan əvvəlki direktoru Oktay Əmənullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.
