İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı Pərviz Rəsulovun idarə etdiyi “Toyota Camry” markalı avtomobil 32 yaşlı Samir Əlizadəni vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, hadisə ilə bağlı araşdırma aparılır.
