İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Günəşdə qeydə alınan güclü partlayış nəticəsində Yerə doğru yüksək enerjili plazma axını yönəlib.
Mütəxəssislərin bildirdiyinə görə, bu hadisə yaxın saatlarda və günlərdə Yer kürəsində maqnit qasırğasının yaranmasına səbəb ola bilər. Gözlənilən geomaqnit aktivliyi rabitə sistemlərinə, peyk texnologiyalarına və naviqasiya avadanlıqlarına müəyyən təsirlər göstərə bilər.
Eyni zamanda, meteohəssas insanlar üçün də bu cür hadisələrin təsiri hiss oluna bilər. Baş ağrıları, halsızlıq və təzyiq dəyişiklikləri kimi hallar müşahidə edilə bilər.
Mütəxəssislər əhaliyə diqqətli olmağı, xüsusilə açıq havada uzun müddət qalmamağı və səhhətlərində narahatlıq yaranarsa, həkimə müraciət etməyi tövsiyə edirlər.
