Ağdam rayonunda yerləşən Xaçınçay çayında suyun səviyyəsinin kəskin artması nəticəsində sel hadisəsi baş verib.
İLKİNxeber.az xəbər verir ki, son günlər bölgədə müşahidə olunan güclü yağışlar çayda suyun həcminin yüksəlməsinə səbəb olub.
Sel suları Xaçınçay qəsəbəsini Ağdam şəhəri ilə birləşdirən avtomobil yolunun bir hissəsini yararsız vəziyyətə salıb. Nəticədə həmin istiqamətdə nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Təbiət hadisəsi zamanı yaşayış məntəqəsini qazla təmin edən xəttə də ziyan dəyib və qaz təchizatında problem yaranıb. Sel sularının evlərə doğru irəliləməsi sakinlər arasında narahatlıq yaradıb.
Hazırda ərazidə müvafiq qurumların əməkdaşları və xüsusi texnikaları fəaliyyət göstərir. Selin fəsadlarının aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
