Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə batan gəncin axtarışları fasiləsiz şəkildə davam etdirilir.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, hadisə iyulun 15-də xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda yerləşən nəzarətsiz sahildə baş verib. 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin dənizdə batdığı bildirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri fasiləsiz davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat olduqca ictimaiyyətə təqdim ediləcək.
