İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.
İlkin məlumatlara görə, bir şəxsin küçədə keçmiş həyat yoldaşını odlu silahla qətlə yetirdiyi bildirilir.
Hadisədən sonra həmin şəxs özünə də atəş açıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar aparılır, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Hadisənin motivləri və tərəflərin şəxsiyyəti ilə bağlı hüquq-mühafizə orqanlarının rəsmi açıqlaması yayımlandıqca əlavə məlumat veriləcək.
