Bakının Balaxanı qəsəbəsində müəmmalı ölüm hadisəsi baş verib.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, hadisə paytaxtın Balaxanı qəsəbəsində qeydə alınıb.
1943-cü il təvəllüdlü qəsəbə sakini İsmayıl Yusifov yaşadığı evdə üzərində bıçaq xəsarətləri olan halda ölü tapılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
