Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantılarının toplandığı sahədə yanğın baş verib.
İlkinxeber.az informasiya agentliyinin verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
