İspaniyada bu ilin iyun ayında müşahidə olunan qeyri-adi istilər nəticəsində həyatını itirənlərin sayı 900-ə çatıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, ötən ay ərzində ölkədə temperatur rekordları iki dəfə yenilənib. Bəzi bölgələrdə gündüz saatlarında hava temperaturu +35°C-ni keçib, bir sıra regionlarda isə göstəricilər ekstremal həddə çataraq +40°C olub.
Mütəxəssislər belə yüksək temperaturun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirirlər.
