İyunda 68 aptek yoxlanıldı, 10 aptekdə nöqsanlar aşkarlandı
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, iyun ayı ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ölkə üzrə 68 aptekdə yoxlama keçirilib.
Yoxlamaların 58-i Bakı şəhərində, 10-u isə respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən apteklərdə aparılıb. Həyata keçirilən nəzarət tədbirlərinin 56-sı planlı, 12-si isə plandankənar xarakter daşıyıb.
Yoxlamaların yekununda 10 aptekdə müxtəlif qanun pozuntuları müəyyən edilib. Saxlanma şəraiti ilə bağlı tələblərin pozulması səbəbindən 11 adda, ümumilikdə 38 qutu dərman vasitəsi satışdan çıxarılıb.
Müəyyən edilmiş nöqsanlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 9 inzibati protokol tərtib edilib.
