Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfər çərçivəsində İrana yola düşüb.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Ermənistan mətbuatının yaydığı xəbərlərdə Paşinyanın bu gün Tehranda İranın mərhum Ali Lideri Əli Xamenei ilə keçiriləcək vida mərasimində iştirak edəcəyi bildirilir.
Məlumata əsasən, səfər çərçivəsində Nikol Paşinyanın İran rəhbərliyi ilə bir sıra görüşlər keçirməsi də nəzərdə tutulub.
