By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Avropa və Rusiyanı bürüyən yanacaq böhranı: Qlobal iqtisadiyyat yeni risklərlə üz-üzə
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > Avropa və Rusiyanı bürüyən yanacaq böhranı: Qlobal iqtisadiyyat yeni risklərlə üz-üzə
Dünya

Avropa və Rusiyanı bürüyən yanacaq böhranı: Qlobal iqtisadiyyat yeni risklərlə üz-üzə

Lamiyə Turqay
Last updated: İyul 3, 2026 7:24 səhər
By Lamiyə Turqay
3 Min Read
Share
SHARE

Rusiyanın neft emalı zavodlarına endirilən ardıcıl zərbələr ölkədə yanacaq qıtlığını daha da dərinləşdirib. Yaranmış vəziyyət fonunda Moskvanın Hindistandan benzin idxalına başladığı bildirilir.

İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Rusiya Hindistandan yanacağın ilk partiyalarını artıq qəbul edib. Məlumata görə, Moskva yaxın aylarda hər ay Hindistandan 400 min tona qədər benzin idxal etməyi planlaşdırır.

Qeyd edilir ki, daxili bazarda yaranan defisiti azaltmaq üçün bir müddət əvvəl Rusiyaya yanacaq tədarük edən Belarusdan sonra Hindistan da prosesə qoşulub. Vaxtilə “enerji fövqəldövləti” kimi təqdim olunan Rusiyanın yanacaq idxalına ehtiyac duyması diqqət çəkir.

Avropada da bəzi ölkələrdə yanacaqla bağlı çətinliklər yaşanır. Bir sıra yanacaqdoldurma məntəqələrinin qarşısında uzun avtomobil növbələrinin yarandığı bildirilir.

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli qeyd edib ki, Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində ölkədə neft emalı təxminən 20 faiz azalıb.

Onun sözlərinə görə, emal həcminin beşdəbir qədər azalması ciddi göstəricidir:

“Ukrayna hücumlar üçün maraqlı bir dövr seçib. Hazırda Rusiyada kənd təsərrüfatı mövsümü başlayır və bu dövrdə dizel yanacağına tələbat artır. Rusiya aqrar ölkə olduğundan kənd təsərrüfatında dizeldən geniş istifadə olunur. Yanacaq istehsalının azalması Moskvanı ordu ilə kənd təsərrüfatı arasında seçim etməyə məcbur edir. Halbuki hər iki sahə Rusiya üçün prioritetdir. Bu səbəbdən ölkədə ciddi yanacaq qıtlığı yaranıb”.

İqtisadçı Avropadakı vəziyyətin səbəblərinin isə fərqli olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropada yaranan son yanacaq problemi əsasən Hörmüz boğazında müşahidə olunan gərginliklə bağlı olub.

“Hörmüz boğazından sutkada təxminən 20 milyon barrel neft daşınırdı. Bu həcmin müəyyən hissəsi Avropanın emal sənayesinə yönəlirdi. Boğazda yaranan böhran səbəbindən Avropaya ötürülən neftin həcmi kəskin azalmışdı. Hazırda həmin problem aradan qalxsa da, anomal hava şəraiti hələ də yanacağın daşınmasına mane olur”, – deyə N.Cəfərli bildirib.

Ekspertin fikrincə, yüksək temperatur bəzi bölgələrdə elektrik xətlərində nasazlıqlara səbəb olur, bu isə yük qatarlarının hərəkətində fasilələr yaradır. Nəticədə yanacağın logistikasında gecikmələr meydana çıxır.

Beləliklə, Rusiya və Avropada müşahidə olunan yanacaq çətinlikləri zahirən oxşar görünsə də, onların yaranma səbəbləri fərqlidir. Rusiyada əsas problem neft emalı infrastrukturuna zərbələr və daxili tələbatın artmasıdırsa, Avropada yanacaq təchizatına logistika və iqlim amilləri təsir göstərir.

Azərbaycan–Özbəkistan əməkdaşlığında yeni mərhələ
Sabah üçün hava proqnozu, 29 may 2026
Avstraliyada H5 quş qripi: vəhşi quşlar kütləvi tələf olur
İlham Əliyev Niderlandın xarici işlər naziri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Share This Article
Facebook Email Print
Previous Article Nikol Paşinyan İrana işgüzar səfərə başladı
Next Article İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada yaradılacaq
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?