Azərbaycan nümayəndə heyəti İranın sabiq ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana səfər edib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, nümayəndə heyəti artıq Tehrana çatıb və hava limanında İran rəsmiləri tərəfindən qarşılanıb.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmi şəxslər daxildir.
