By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Qızıl ticarəti adı ilə milyonluq dələduzluq iddiası
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Hadisə > Qızıl ticarəti adı ilə milyonluq dələduzluq iddiası
Hadisə

Qızıl ticarəti adı ilə milyonluq dələduzluq iddiası

Lamiyə Turqay
Last updated: İyul 7, 2026 6:21 səhər
By Lamiyə Turqay
3 Min Read
Share
SHARE

Qızıl alqı-satqısı sahəsində fəaliyyət göstərdiyi bildirilən Elnarə Şirməmmədova (Səfərova) barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi üzrə istintaq başa çatıb.

ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə o, istintaq müddətində həbs qətimkan tədbiri ilə saxlanılıb.

İstintaq materiallarına əsasən, iş üzrə 9 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. İddia olunur ki, Elnarə Şirməmmədova müxtəlif şəxslərdən ümumilikdə 1 milyon 300 min manata yaxın vəsaiti alaraq geri qaytarmayıb. Cinayət işində zərərçəkənlərə müvafiq olaraq 27 min 120, 3 min 800, 21 min 300, 3 min 500, 467 min, 112 min, 428 min 790, 56 min 826 və 134 min 693 manat məbləğində maddi ziyanın dəydiyi qeyd edilir.

Zərərçəkmiş şəxslər bildirirlər ki, onlara vurulmuş ziyanın ödənilməsi istiqamətində indiyədək hər hansı addım atılmayıb. Onların sözlərinə görə, təqsirləndirilən şəxs yaxın qohumluq və dostluq münasibətlərindən istifadə edərək etibar qazanıb, böyük həcmdə qızıl məmulatları nümayiş etdirib, tanınmış qızıl ticarəti ilə məşğul olan şəxslərin və şirkətlərin adlarını hallandıraraq insanlarda etimad yaradıb. Şikayətçilər iddia edirlər ki, bu yolla vəsaitlər toplanıb və sonradan geri qaytarılmayıb.

Zərərçəkmişlər, həmçinin, bu əməllərin təkbaşına törədilmədiyini düşündüklərini bildirərək, Elnarə Şirməmmədovaya başqa şəxslərin də kömək etmiş ola biləcəyini iddia ediblər. Lakin bu iddialar istintaq və ya məhkəmə tərəfindən hələlik təsdiqini tapmayıb.

ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi digər məlumata görə, Səbail Rayon Polis İdarəsində aparılan ibtidai istintaq artıq yekunlaşıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bununla yanaşı, paytaxt sakini və qızıl biznesi ilə məşğul olan Zülfiyyə Quliyevanın da Elnarə Şirməmmədova barəsində Nəsimi Rayon Polis İdarəsinə müraciət etdiyi bildirilir. Şikayətdə ona qarşı 940 min manat məbləğində dələduzluq edildiyi iddia olunur. Həmin müraciət üzrə ayrıca araşdırma aparılır.

Elnarə Şirməmmədovanın atası, cənub bölgəsində tanınan müğənni İsmayıl Səfərov isə məsələ ilə bağlı açıqlamasında ittihamları qəbul etməyib. O bildirib ki, hazırda məhkəmə prosesi davam edir və qızının heç kimdən pul almadığını, səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini deyib.

Qeyd edək ki, cinayət işi üzrə yekun hüquqi qiymət yalnız məhkəmənin qüvvəyə minmiş hökmü ilə müəyyən ediləcək.

Torontoda azərbaycanlı gənc faciəvi şəkildə həlak olub
Bakıda dəhşətli hadisə: kişi əvvəl həyat yoldaşını, sonra özünü qətlə yetirdi
Aeroport yolunda marşrut avtobusu ilə “Opel” toqquşdu
Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında avtobus yandı
Qadın müştəri kimi girib oğurluq etdi
Share This Article
Facebook Email Print
Previous Article İlkin Şakiroğlu yazır- Hüzursuzluq: Səbəbi puldur, yoxsa səhv seçimlər?
Next Article İlham Əliyevdən Səhiyyə Nazirliyi ilə bağlı yeni sərəncam
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?