Balakən rayonunun Katex kəndində bir neçə gündür davam edən intensiv leysan yağışları nəticəsində çayın məcrasından çıxaraq ətraf əraziləri su basdığı bildirilir.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlanıb. Nazirlikdən bildirilib ki, əraziyə müvafiq qüvvələr cəlb olunacaq və zəruri tədbirlərin görülməsi təmin ediləcək.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda Balakən-Şəki zonasının bəzi ərazilərində güclü yağış müşahidə olunur.
