By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Quru Qoşunlarının iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Quru Qoşunlarının iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir
Ölkə

Quru Qoşunlarının iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir

Lamiyə Turqay
Last updated: İyul 8, 2026 8:34 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

2026-cı ilin hazırlıq planına əsasən, Quru Qoşunlarının rəhbərliyi altında hərbi hissələrin iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir.

İlkinxeber.az İnformasiya Agentliyi məlumat verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, təlimə komando, motoatıcı, mexanikləşdirilmiş və artilleriya briqadalarının, təminat hərbi hissələrinin şəxsi heyəti, eləcə də səfərbərlik toplanışına cəlb olunan hərbi vəzifəlilər qatılıb.

Təlimin ilkin mərhələsində qoşunların döyüşə hazır vəziyyətə gətirilməsi, şəxsi heyət və texnikanın dəmir yolu vasitəsilə daşınması, hərbi hissələrin avtomobil yolları ilə uzaq məsafələrə, o cümlədən məhdudgörmə şəraitində hərəkəti həyata keçirilib. Həmçinin əməliyyat və döyüş təyinatı rayonları, bilavasitə müdafiə hədləri tutulub.

Təlim çərçivəsində müxtəlif təlim mərkəzləri və poliqonlarda hərbi hissələrlə döyüş atışlı taktiki və taktiki-xüsusi təlimlər keçirilib, döyüş atışları icra olunub, təminat tapşırıqları praktiki qaydada yerinə yetirilib.

Taktiki fəaliyyətlər Vətən müharibəsinin və son dövrlərdə dünyada baş verən silahlı münaqişələrin təcrübəsi nəzərə alınmaqla təşkil edilib. Təlimdə Azərbaycan Ordusunun arsenalında olan müasir pilotsuz uçuş aparatları, radioelektron mübarizə, radiotexniki kəşfiyyat vasitələri və yüksək dəqiqlikli silah sistemləri kompleks şəkildə tətbiq olunub.

Təlimin gedişində döyüş fəaliyyətlərinin yeni üsul və metodları sınaqdan keçirilib, komandirlərin müstəqil qərar qəbuletmə bacarıqları, şəxsi heyətin yüksək dağlıq, meşəlik ərazilərdə və yaşayış məntəqələrində döyüşaparma vərdişləri təkmilləşdirilib.

İrimiqyaslı əməliyyat təliminin gedişini izləyən Müdafiə Nazirliyinin rəhbər heyəti birləşmə və bölmələrin fəaliyyətini müsbət qiymətləndirib. Qarşıya qoyulan tapşırıqların tam həcmdə yerinə yetirildiyi və təlimin məqsədlərinə nail olunduğu bildirilib.

Azərbaycan və Türkiyənin XİN başçıları görüşdü
Peşə təhsilinə qəbulda attestat qarışıqlığı
Prezidentdən böyük maliyyə tutumlu Sərəncam
Azərbaycanla vizasız gediş-gəliş imkanları genişləndiriləcək
Əli Kərimli daha 5 ay həbsdə qalacaq
Share This Article
Facebook Email Print
Previous Article Leysan yağışları Balakən rayonunda fəsad yaratdı: Kəndi su basdı
Next Article İyulun 9-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?