ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı hərbi zərbələrin yenidən başladığını təsdiqləyib.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, CENTCOM bununla bağlı rəsmi “X” hesabında paylaşım edib.
Məlumata əsasən, İranın cənubunda yerləşən Konarak və Çabahar şəhərlərində güclü partlayışlar qeydə alınıb. Hadisənin təfərrüatları və zərbələrin nəticələri barədə hələlik rəsmi açıqlama verilməyib.
Bölgədə vəziyyət gərgin olaraq qalır. Hadisə ilə bağlı əlavə məlumatlar daxil olduqca ictimaiyyətə təqdim ediləcək.
