Böyük Britaniya hökuməti Azərbaycanın Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) şirkətinə məxsus “Zəngəzur” adlı neft tankerini sanksiyalar siyahısından çıxarıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, sözügedən gəmi 2025-ci ilin may ayında Rusiyanın neft ixracına tətbiq edilən məhdudiyyətlərdən yan keçməkdə ittiham olunaraq sanksiyalara məruz qalmışdı.
Məlumata görə, qərar rəsmi Bakının həyata keçirdiyi ardıcıl diplomatik və hüquqi səylər nəticəsində qəbul edilib. Bildirilir ki, tanker üçüncü tərəflərə uzunmüddətli icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyindən, tərəflər arasında aparılan konstruktiv dialoqlar müsbət nəticə verib.
Nəticədə Böyük Britaniya “Zəngəzur” tankerini sanksiyalar siyahısından çıxarıb. Qeyd edək ki, buna bənzər qərar daha əvvəl – aprel ayında Avropa İttifaqı tərəfindən də qəbul edilmişdi.
