By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: “Qulaqdibi” ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirildi
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Hadisə > “Qulaqdibi” ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirildi
Hadisə

“Qulaqdibi” ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirildi

Lamiyə Turqay
Last updated: İyul 10, 2026 12:18 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı müxtəlif iddialar səsləndirilir.

 

İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Səhiyyə Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama yayıb və bu məlumatların real epidemioloji vəziyyəti əks etdirmədiyini bildirib.

 

Nazirlikdən verilən məlumata görə, hazırda ölkədə epidemik parotit üzrə vəziyyət sabitdir. Qeyd olunur ki, qeydə alınan yoluxma halları yalnız ayrı-ayrı sporadik hallardan ibarətdir və hər hansı epidemiya və ya kütləvi yayılma müşahidə olunmur.

 

Bildirilib ki, mövcud vəziyyət tibb müəssisələri tərəfindən daim nəzarətdə saxlanılır, profilaktik və əks-epidemik tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

 

Mütəxəssislərin sözlərinə görə, epidemik parotit daha çox peyvənd olunmamış və ya natamam peyvənd olunmuş şəxslər arasında rast gəlinir. Xəstəlik əsasən hava-damcı yolu ilə — öskürmə, asqırma və yaxın təmas zamanı yayılır. İnkubasiya dövrü isə adətən 11–23 gün təşkil edir.

 

Xəstəliyin əsas əlamətlərinə bədən hərarətinin yüksəlməsi, qulaqətrafı vəzilərdə şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, baş ağrısı və iştahanın azalması daxildir.

 

Nazirlik vurğulayır ki, əksər hallarda xəstəlik yüngül keçir və tam sağalma ilə nəticələnir. Lakin peyvənd olunmamış yeniyetmələrdə və böyüklərdə nadir hallarda ağırlaşmalar mümkündür. Bu səbəbdən vaxtında peyvəndlənmə xüsusi əhəmiyyət daşıyır.

 

Qeyd edilib ki, Azərbaycanda Milli Peyvənd Təqviminə uyğun olaraq qızılca, epidemik parotit və məxmərək əleyhinə kombinə olunmuş (QPM) peyvənd uşaqlara 12 aylığında vurulur, 6 yaşında isə revaksinasiya aparılır. Bu peyvənd xəstəlikdən qorunmanın ən etibarlı vasitəsi hesab olunur.

 

Səhiyyə Nazirliyi valideynlərə övladlarının peyvənd statusunu yoxlamağı, hər hansı gecikmə və ya buraxılma halında isə yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət etməyi tövsiyə edir.

 

Bundan əlavə, vətəndaşlara xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri mütəmadi yumaq və qapalı məkanları tez-tez havalandırmaq məsləhət görülür. Xəstəlik əlamətləri müşahidə olunduqda isə özünümüalicədən uzaq durmaq və həkimə müraciət etmək tövsiyə edilir.

 

Nazirlik bir daha bildirir ki, ölkədə epidemioloji vəziyyət tam nəzarət altındadır və əhalinin sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir.

 

Vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatları paylaşmamaları tövsiyə olunur.

Ceyranbatanda məktəblilər zəhərlənib
Tərtərdə faciənin dəhşətli səbəbi üzə çıxdı
Gəncə və Samuxda yas mərasimlərində zəhərlənmə: səbəb lavaş ola bilər
Sabah hava kəskin dəyişəcək: leysan, dolu və sel təhlükəsi
Liseydə müəllimi güllələməkdə ittiham olunan şagird işi üzrə valideynlər danışdı, məhkəmə təxirə salındı
Share This Article
Facebook Email Print
Previous Article Əmlak üzərinə həbs qərarları ilə bağlı yeni qaydalar müəyyənləşir
Next Article Atasının vəfat xəbərinə dözmədi
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?