İyulun 11-13-də Azərbaycanın dağlıq və dağətəyi bölgələrində hava şəraiti kəskin dəyişəcək.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə güclü leysan yağışları, şimşək və dolu gözlənilir.
Xəbərdarlığa əsasən, çaylarda suyun səviyyəsi arta, dağ çaylarından isə qəfil sel keçə bilər.
