“Hazırda nəqliyyat və bağlantı infrastrukturlarının genişləndirilməsi istiqamətində işlər aparılır. Açığı, coğrafi mövqeyimizin əhəmiyyətinin son dövrlərdə bu qədər artacağını əvvəlcədən proqnozlaşdırmırdıq. Bu gün isə həm Qərb, həm də Şərq istiqamətində yerləşən qonşu ölkələrlə münasibətlərimiz yüksək səviyyədədir”.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirib.
Dövlət başçısı çıxışında vurğulayıb ki, Mərkəzi Asiya ölkələri, Gürcüstan, Türkiyə və Avropa ilə əlaqələr uğurla inkişaf edir. Onun sözlərinə görə, bu əlaqələrin daha da gücləndirilməsi və nəqliyyat dəhlizlərinin effektiv fəaliyyət göstərməsi üçün bir sıra mühüm addımlar atılıb.
