Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi vəfat edib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Nuranə Abdulkərimova uzun müddət davam edən ağır xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.
Məlumata görə, səhhətindəki ciddi problemlərlə əlaqədar olaraq o, dərslərdə əsasən onlayn formada iştirak edirmiş.
