Azərbaycan uzun illərdir bağlantı və nəqliyyat layihələrinin inkişafı istiqamətində məqsədyönlü fəaliyyət göstərir.
ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, ölkəmiz bu sahədə xüsusilə son 10 ildən artıq müddətdə daha fəal çalışıb:
“Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik, daha fəal surətdə 10 ildən artıq çalışmışıq. Öz coğrafi üstünlüklərimizdən istifadə edərək, səylər göstərdik ki, çoxtərəfli əməkdaşlıq üçün platforma quraq”.
